Cari ilin ilk 9 ayı üzrə Azərbaycanda işə götürənin məsuliyyətinin könüllü sığortası üzrə yığımların həcmi açıqlanıb.
Fins.az Mərkəzi Bankın hesabatına əsasən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 719 min manat təşkil edib. Bu rəqəm, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38 min manat və ya 5% azalma deməkdir.
Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında yığımlar 757 min manat idi.
Hesabat dövründə bu sığorta növü üzrə heç bir ödəniş həyata keçirilməyib.
Fuad Mədətov
Fins.az