2024-cü ilin yanvar-noyabr aylarında işə götürənin məsuliyyətinin könüllü sığortası üzrə yığımlar 750 min manat təşkil edib.
Finss.az-ın Mərkəzi Bankın hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 min manat və ya 7% azalma deməkdir.
2023-cü ilin müvafiq dövründə bu göstərici 806 min manat olub.
Hesabat dövründə bu növ sığorta üzrə heç bir ödəniş həyata keçirilməyib.
Fuad Mədətov
Finss.az