2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda işçilərin dələduzluğunun könüllü sığortası üzrə yığımların həcmi 86 min manat təşkil edib.
Fins.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 170 min manat və ya təxminən 3 dəfə azdır. Belə ki, 2023-cü ilin ilk doqquz ayında bu növ sığorta üzrə yığımlar 255 min manat olmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə heç bir ödəniş həyata keçirilməyib.
Fuad Mədətov
Fins.az