Azərbaycanda 2024-cü ilin yanvar-sentyabr aylarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi artıb.
Fins.az xəbər verir ki, Mərkəzi Bankın hesabatına əsasən, bu dövrdə könüllü sığorta üzrə yığımlar 44 milyon 636 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6 milyon 818 min manat və ya 18% artım deməkdir. 2023-cü ilin yanvar-sentyabr aylarında bu məbləğ 37 milyon 819 min manat idi.
Bu ilin yanvar-sentyabr aylarında könüllü sığorta ödənişləri isə 15 milyon 615 min manat olub və bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 milyon 609 min manat və ya 11% çoxdur. 2023-cü ildə bu göstərici 14 milyon 7 min manat təşkil edirdi.
Hesabat dövründə zərərlilik göstəricisi 35% olub, bu da ötən ilin eyni dövründəki 37%-dən 2% azdır.
Fuad Mədətov
Fins.az