SIĞORTA

07 Noyabr

Azərbaycanda uçota alınmış sığorta olunanların sayı artıb

Bu ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığorta olunanların sayı 153 807 nəfər və ya 3,09% artıb.

Bu barədə Fins.az-a Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Beləliklə, 2024-cü ilin 1 noyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 138 308 nəfər təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin 1 noyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 4,96 mln. nəfər təşkil edib.

Fuad Mədətov
Fins.az