SIĞORTA

03 Noyabr

PAŞA Sığorta Füzuli və Ağalı sakinləri üçün səyyar müayinələrin keçirilməsinə dəstək olub

PAŞA Sığorta şirkəti və PAŞA Holding, TƏBİB və Milli Onkologiya Mərkəzinin təşkilatçılığı, “Regional İnkişaf" İctimai Birliyinin (RİİB) dəstəyi ilə böyük qayıdışdan sonra Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndində məskunlaşan sakinlər üçün profilaktik müayinələr həyata keçirib.

Bu barədə Fins.az-a şirkətdən məlumat verilib.

Sözügedən təşəbbüs PAŞA Sığortanın xanımların süd vəzi xərçəngi ilə bağlı maarifləndirilməsinə həsr olunmuş “GüclüSən” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində davam etdirilib.

“Onkoloji xəstəliklərin skrininq” layihəsində, işğal zamanı soydaşlarımızın öz yurd- yuvalarından məcburi köçü, ağır həyat şəraiti, daha sonra azad olunan ərazilərə böyük qayıdış və bu zaman kəsimində sağlamlıqlarına diqqət edə bilməmə kimi önəmli faktorlar nəzərə almışdır.

Layihə ilk olaraq, Füzili şəhərində həyata keçirilib və 500-dən çox sakin müayinə edilib. Sakinlər onkoloq müayinəsindən keçərək, süd vəzi, uşaqlıq boynu, prostat vəzi, qalxanabənzər vəzi xərçəngi ilə bağlı səyyar mamoqrafiya, ultrasəs müayinəsinə cəlb olunublar. Əlavə olaraq, yerli sankinlər üçün profilaktik müayinə məqsədilə ginekoloq, terapevt, pediatr, nevropatoloq və kardioloq müayinələri təşkil olunub.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

Zemfira Ms 
Fins.az