SIĞORTA

31 Oktyabr

Avtonəqliyyat sahiblərinin icbari sığorta zərərliliyi 74%-ə çatıb

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi (ödəniş-yığım nisbəti) artıb.

Fins.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 74%-ə yüksəlib. Bu dövrdə avtomobillərin icbari sığortası üzrə 111 milyon 488 min manat sığorta haqqı toplanıb və 80 milyon 650 min manat sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, zərərlilik göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq 60%-dən 74%-ə yüksəlib.

Fuad Mədətov
Fins.az