SIĞORTA

31 Oktyabr

Avtonəqliyyat icbari sığortasında yığımlar və ödənişlər artıb

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

Fins.az Mərkəzi Bankın hesabatına əsasən bildirir ki, bu ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə yığımlar 126 milyon 2 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 486 min manat və ya 4% artım deməkdir.

2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 121 milyon 516 min manat idi.

Bu dövrdə icbari sığorta üzrə ödənişlər 92 milyon 988 min manat olub ki, bu da illik müqayisədə 20 milyon 309 min manat və ya 28% çoxdur. Əvvəlki ilin eyni dövründə 72 milyon 679 min manat sığorta ödənişi edilib.

Fuad Mədətov
Fins.az