SIĞORTA

30 Oktyabr

Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığorta şirkətləri - SİYAHI

Bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım olan sığorta şirkətləri məlum olub.

Fins.az-ın Mərkəzi Bankın açıqladığı aylıq hesabatına istinadən xəbər verir ki, hesabat dövründə ödənişlərdə ən çox artım 51,3 dəfə (689 min manat) "Meqa Həyat Sığorta" şirkətində qeydə alınıb.

İkinci sırada "Xalq Həyat" Sığorta şirkəti dayanır; onun ödənişləri 3,6 dəfə (3,5 milyon manat) artıb.

Üçüncü yeri "Aqrar Sığorta" ASC tutub, burada ödənişlər 2,7 dəfə (2,4 milyon manat) artıb.

"Atəşgah Həyat" Sığorta Şirkətinin ödənişlərində 93% (17,8 milyon manat) artım baş verib.

"Qala Sığorta"nın sığorta ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% (4,4 milyon manat) artıb və şirkət 5-ci yeri tutub.

"Meqa" Sığorta Şirkətinin müştərilərə ödədiyi məbləğ son bir il ərzində 59% (3,9 milyon manat) artıb.

"Paşa Həyat Sığorta"da ödənişlərin məbləği 59% (117 milyon manat) artıb, "Paşa Sığorta"da isə artım 53% (35,6 milyon manat) təşkil edib.

Bununla yanaşı, bir neçə sığorta şirkətində azalma baş verib. Məsələn, "Azsığorta"da azalma 5,7 dəfə (5,4 milyon manat), "Xalq Sığorta"da 3,8 dəfə (20,3 milyon manat) və "Bakı Sığorta"da 2,3 dəfə (10,3 milyon manat) qeydə alınıb.

Fuad Mədətov
Fins.az