Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta bazarı, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 87,8 milyon manat və ya 9% artıb.
Fins.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ən yüksək artım "Meqa Həyat" Sığorta Şirkətində qeydə alınıb. Bu şirkətin yığımları son bir ildə 2,1 dəfə artaraq təxminən 3,6 milyon manata çatıb.
“Atəşgah” Sığorta Şirkətinin yığımları 52%, yəni 10,9 milyon manat, "Azərbaycan Sənaye Sığorta"nın yığımları isə 32%, yəni təxminən 4,7 milyon manat artıb.
“Atəşgah Həyat” Sığorta Şirkətində artım 31% (15 milyon manat) olub, “Qala Sığorta” isə yığımlarını son bir ildə 28%, yəni 13,5 milyon manat artırıb.
Bununla yanaşı, yığımlarında azalma yaşayan sığorta şirkətləri də mövcuddur. "İpək Yolu Sığorta"da yığımlar 3 dəfə (10,3 milyon manat), "Bakı Sığorta"da isə 2,7 dəfə (2,6 milyon manat) azalıb.
Fuad Mədətov
Fins.az