Sığorta bazarında 30 ilə yaxın uğurla fəaliyyət göstərən "A-Qrup Sığorta Şirkəti" ASC 2024-cü ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Fins.az xəbər verir ki, korporativ tibbi sığorta sahəsində lider olan "A-Qrup Sığorta Şirkəti", tibbi sığorta üzrə sığorta yığımlarında növbəti artımı qeydə alıb. 2024-cü ilin ilk doqquz ayında tibbi sığorta üzrə yığımlar 9 101 735,47 AZN təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 734 042,98 AZN və ya 23,5% artım deməkdir. Bu göstərici A-Qroup-un sığorta xidmətlərinə olan yüksək tələbatı bir daha təsdiqləyir.
Cari ilin müsbət nəticələrinə əsaslanaraq, "A-Qrup Sığorta Şirkəti" gələcəkdə də sığorta yığımlarının artacağını proqnozlaşdırır. Şirkət yeni məhsulların inkişafına, müştəri bazasının genişləndirilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə davamlı investisiyalar qoymağı planlaşdırır. Bu yanaşma müştərilərin gözləntilərinə uyğun xidmət göstərmək və şirkətin sənayedəki lider mövqeyini gücləndirmək məqsədinə xidmət edir.
"A-Qrup Sığorta Şirkəti" müştərilərinə göstərdikləri etimada görə təşəkkür edir və onların sağlamlığı və rifahını qorumaq üçün keyfiyyətli xidmətlərin göstərilməsinə sadiq qalacağını vəd edir.
Fuad Mədətov
Fins.az