Müasir dövrdə nəqliyyat vasitələrində qəza riski daim artır və heç bir sürücü öz avtomobilinin təhlükəsizliyinə tam zəmanət verə bilməz. "AtaSığorta" ASC-nin kompleks avtomobil sığortası isə sürücülərə əhəmiyyətli dəstək təmin edir.
Fins.az xəbər verir ki, bu sığorta ilə Yol Nəqliyyat Hadisələri, oğurluq, qaçırılma, yanğın və qəsdən zərər vurulması hallarında avtomobil sahiblərinə tam hüquqi, maliyyə və təşkilati dəstək göstərilir. 24 saatlıq asistans xidməti, qəza yerindən avtomobilin təxliyyəsi və yüksək keyfiyyətli servisdə təmir zəmanət altına alınır.
Əlavə olaraq, mülki məsuliyyət və fərdi qəza sığortası da daxil edilə bilər ki, bu halda zərərçəkmiş tərəfə ziyan ödənilir, tibbi xərclər qarşılanır və əmək qabiliyyətinin itirilməsi hallarında ödənişlər təmin edilir.
AtaSığorta ilə avtomobilinizi qoruyun və yollarda rahatlıq qazanın!
Fuad Mədətov
Fins.az