SIĞORTA

21 Oktyabr

AMB 4 ölkədən gələn 5 yeni sığorta brokerini reyestrə daxil etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə dörd ölkəyə məxsus beş yeni şirkəti daxil edib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Reyestrə daxil edilən şirkətlər aşağıdakılardır:

  • Böyük Britaniya: "Howden Reinsurance Brokers Limited" və "Volante International Limited"
  • Qazaxıstan: "MOI Insurance Broker"
  • Lüksemburq: "Howden Insurance Brokers Limited"
  • Almaniya: "Kuhn Bülow Versicherungsmakler GmbH"

Bununla da Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 92-yə çatıb. Hər bir şirkətin sığorta və təkrarsığorta sahəsində zəngin təcrübəsi var. Məsələn, "Howden Insurance Brokers Limited" 1962-ci ildən fəaliyyət göstərir, digər şirkətlər isə müxtəlif illərdə qurulub və sığorta sektorunda fəaliyyətlərini genişləndiriblər.

Fuad Mədətov
Fins.az