SIĞORTA

18 Oktyabr

AMB "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri"nəicrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri" MMC-yə icrası məcburi göstəriş verib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı planlı və hərtərəfli yoxlama zamanı şirkətin sığorta qanunvericiliyinə və lisenziya tələblərinə əməl edib-etmədiyi araşdırılıb. Üzə çıxmış nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən sığorta və təkrarsığorta brokerinə icrası məcburi göstəriş verilib.

Fuad Mədətov
Fins.az