“A-Qrup Sığorta Şirkəti” ASC, müştərilərinə xüsusi "FƏRQLİ" tibbi sığorta proqramını təqdim edir. Bu proqram, yalnız müəyyən xəstəliklərin müalicəsi ilə məhdudlaşmır; sığortalıların sağlamlığına hərtərəfli qayğı göstərir.
Fins.az xəbər verir ki, proqram, həm fərdi, həm də korporativ müştərilər üçün nəzərdə tutulub və sığorta haqqı sığortalının yaşı və sağlamlıq vəziyyətinə uyğun müəyyənləşdirilir.
“FƏRQLİ” sığorta proqramının əsas xüsusiyyətləri:
- Sığorta təminatı: 100,000 AZN
- Təcili tibbi yardım
- Ambulator və stasionar müalicə
- Fizioterapiya və masaj
- İldə bir dəfə qripə qarşı vaksinasiya
- Onkoloji xəstəliklərin müayinəsi və müalicəsi
- Uşaqlar üçün planlı vaksinasiya
- Dərmanların evə çatdırılması
Proqram, müştərilərə yalnız ən yaxşı klinikalarda müalicə, yüksək komfortlu palatalar və terapevtik stomatologiya xidmətlərini təqdim edir. Həmçinin, müalicə üçün həkimlərin ev şəraitində müayinəsi, fizioterapiya xidmətləri və evə dərmanların çatdırılması imkanı da mövcuddur.
“FƏRQLİ” proqramı, habelə 5 milyon dollar dəyərində həkimin peşə məsuliyyətinin sığortasını da əhatə edir. Bədbəxt hadisələrdən sığortalanma və xarici ölkələrə səfər edənlərin illik sığortası da mövcuddur.
“A-Qrup Sığorta Şirkəti”, “FƏRQLİ” tibbi sığorta proqramı ilə müştərilərinə geniş xidmət imkanları təqdim edərək, sağlamlığa hərtərəfli yanaşma təklif edir.
Fuad Mədətov
Fins.az