SIĞORTA

16 Oktyabr

Azərbaycan sığorta bazarında Yaşıl Kart sisteminin iştirakçıları - SİYAHI

Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırır ki, bu növ üzrə İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (Büro) iştirakçısı olan sığorta şirkətlərinin siyahısını təqdim edib.

Fins.az həmin siyahını təqdim edir:

  • “AtaSığorta” ASC
  • “Atəşgah” Sığorta Şirkəti ASC
  • “Azərbaycan Sənaye Sığorta” ASC
  • “Meqa Sığorta” ASC
  • “Paşa Sığorta” ASC
  • “Qala Sığorta” ASC
  • “Xalq Sığorta” ASC

Məlumat üçün bildirək ki, sistem 43 Yaşıl Kart Bürosunun təmsil etdiyi 47 üzv ölkədən ibarətdir. Büro Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Fuad Mədətov
Fins.az