SIĞORTA

10 Oktyabr

Naxçıvanda qeyri-dövlət sektorunun sosial sığorta daxilolmaları 37,1% artıb

 Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-dövlət sektoru üzrə məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya 37,1 faiz artıb.

Fins.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayı üzrə fəaliyyətinin nəticələri barədə hesabatı təqdim edərkən deyib.

Fuad Mədətov
Fins.az