SIĞORTA

09 Oktyabr

"Meqa Sığorta" İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tibbi sığorta xidmətini təmin edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 523 əməkdaşının könüllü tibbi sığortalanması üzrə elan etdiyi açıq tenderin nəticələrini elan edib.

Fins.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən verdiyi məlumata görə, tenderin qalibi "Meqa Sığorta" ASC olub.

Şirkət, tender nəticələrinə əsasən, agentliyin əməkdaşlarına tibbi sığorta xidmətləri göstərəcək və bu məqsədlə ona 213,4 min manat ödəniləcək.

Fuad Mədətov
Fins.az