SIĞORTA

27 Sentyabr

Sığorta sektorunun inkişafına həsr olunmuş tədbir keçirilib - ASA

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində yerli sığorta sektorunun inkişafı məqsədilə tədbir keçirilib.

Fins.az xəbər verir ki, ASA-dan verilən məlumata görə, beynəlxalq mütəxəssislərin də iştirak etdiyi tədbir “Sığortada İnstitusional Mükəmməllik: Perspektivlər, Çağırışlar və İmkanlar” mövzusuna həsr olunub.

“PwC”, “KPMG”, “SEDDK” və “AMBEST” kimi xarici təşkilatların iştirak etdiyi tədbirdə “Solvency II”, “IFRS 17”, sığorta sektorunda inkişafın davamlılığı, risklərin idarə edilməsi, sığortada informasiya təhlükəsizliyi, katastrofik risklərin tənzimlənməsi və s. kimi aktual mövzular başlıca müzakirə istiqamətləri olub.

Tədbirdə çıxış edərək öz təcrübələrini bölüşən xarici ölkələrin sığorta mütəxəssisləri respublikamızda sığorta sənayesinin hazırkı inkişaf dinamikasını, habelə aparılan sektorial islahatları müsbət qiymətləndiriblər.

Qeyd edək ki, bu tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inkişaf strategiyasına uyğun olaraq, yerli sığorta şirkətlərinin beynəlxalq trend və tendensiyalara əsaslanaraq dayanıqlı inkişafının təmin olunması məqsədilə təşkil olunub.

Zemfira Ms
Fins.az