2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandakı 17 sığorta şirkəti tərəfindən 927,732 milyon manat sığorta haqqı toplanıb.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 9,55 % artım göstərib.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 499,854 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 44,6 % artım deməkdir.
8 ay ərzində sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 53,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,8 manat idi.
Fuad Mədətov
Fins.az