Azərbaycanda avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
Fins.az Mərkəzi Bankın hesabatına əsaslanaraq apardığı hesablamalara görə, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 95 milyon 961 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 316 min manat (4%) çoxdur.
2023-cü ilin yanvar-iyul aylarında bu göstərici 92 milyon 644 min manat olmuşdu.
Eyni dövrdə bu növ sığorta ödənişləri 69 milyon 7 min manat təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 351 min manat (22%) artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta ödənişlərinin həcmi 56 milyon 655 min manat idi.
Fuad Mədətov
Fins.az