SIĞORTA

24 Sentyabr

İpək Yolu Sığorta ilə daşınmaz əmlakınızı qoruyun

Daşınmaz əmlakınızın sığortası, rahatlığınızın və maliyyə dayanıqlığınızın təminatıdır.

Fins.az xəbər verir ki, "İpək Yolu Sığorta" ASC, fiziki şəxslərə məxsus əmlakın sığortası ilə bağlı geniş imkanlar təqdim edir.

Daşınmaz əmlakınız müxtəlif risklərdən qorunur. Bu risklərə aşağıdakılar daxildir:

  • Yanğın və ildırım vurması
  • Partlayış
  • Təyyarə və digər hava aparatlarının düşməsi
  • Zəlzələ, tufan və qasırğa
  • Daşqın və sel basması
  • Sıxılmış rezervuar və borulardan sızma
  • Yerüstü nəqliyyat vasitələrinin dəyməsi
  • Üçüncü şəxslərin qanuna zidd hərəkətləri
  • Sındırmaqla oğurluq və ya oğurluğa cəhd
  • Yer sürüşməsi, torpaq çökməsi və ya qalxması

Bu gözlənilməz hadisələr nəticəsində daşınmaz əmlakınızın itirilməsi, zədələnməsi və ya məhv olması halında yaranacaq xərcləri, məsələn, mənzilin təmiri, bərpa edilməsi və ya yeni mənzilin alınması xərclərini qarşılamaq üçün sığorta təminatı təqdim olunur.

"İpək Yolu Sığorta" ASC sizə müasir sığorta xidmətləri ilə yanaşı, fərdi yanaşma da təklif edir. Əmlakınızı qorumaq və maliyyə sabitliyinizi təmin etmək üçün bizimlə əlaqə saxlayın. Sığorta prosesinizin hər mərhələsində sizə dəstək olmağa hazırıq!

Fuad Mədətov
Fins.az