SIĞORTA

24 Sentyabr

"Bakı Sığorta" son iki ildə işçilərinin sayını 50% azaldıb

"Bakı Sığorta" şirkəti öz əməkdaşlarının yarısını ixtisar edib.

Fins.az xəbər verir ki, "Bakı Sığorta" şirkətinin əməkdaşları son 2 ildə azalmaqdadır, son dövrlərdə isə bu proses daha da sürətlənib. Nəticədə, son bir ildə şirkətin işçilərinin sayı 2 dəfə aşağı düşüb. Belə ki, 2023-cü ilin iyununda «Bakı Sığorta»da 101 nəfər çalışarkən, hazırda bu rəqəm 51 nəfərə enib.

Son 2 ildə "Bakı Sığorta" şirkətinin işçilərinin sayı hər rüb azalıb. 2022-ci ilin ortalarında (yəni 2-ci rübün sonuna) şirkətdə 122 nəfər çalışdığı halda, 3-cü rübdə bu rəqəm 119 nəfərə, ilin sonunda isə 110 nəfərə düşüb.

2023-cü ildə azalma davam edib: 1-ci rübün sonunda işçilərin sayı 105, 2-ci rübdə 101, 3-cü rübdə 88 nəfərə, ilin sonunda isə 83 nəfərə enib.

2024-cü ildə də "Bakı Sığorta"nın əməkdaşlarının sayında azalma prosesi dayanmayıb; şirkətin işçiləri 1-ci rübün sonunda 69 nəfərə, 2-ci rübün sonunda isə 51 nəfərə enib.

Fuad Mədətov
Fins.az