Hazırkı dövrdə bir çox insan bankların təklif etdiyi kredit məhsullarından yararlanır. Xüsusilə ipoteka və istehlak kreditləri alan şəxslər uzunmüddətli ödəniş öhdəliyi ilə üzləşirlər. Hər kəs sağlam, uzun ömür sürməyi və öz öhdəliklərini vaxtında yerinə yetirməyi arzulasa da, həyat gözlənilməz hadisələrlə doludur. İpoteka və ya istehlak krediti götürən şəxsin həyatında baş verə biləcək qəza, ağır xəstəlik və ya bədbəxt hadisələr kreditin geri ödənilməsində ciddi çətinliklər yarada bilər.
Fins.az xəbər verir ki, belə risklərin qarşısını almaq məqsədilə “Qala Həyat” Sığorta Şirkəti borcalanın kredit üzrə həyat sığortası məhsulunu təklif edir. Bu məhsul sayəsində kredit götürən şəxs müəyyən hallarda borcunu ödəyə bilmədikdə sığorta şirkəti həmin öhdəliyi öz üzərinə götürür. Belə hallar aşağıdakılardır:
- Ölüm
- I qrup əlillik
- II qrup əlillik
- III qrup əlillik
Bu sığorta məhsulu ilə borcalanın ipoteka və ya istehlak kreditlərinin ödənilməsi təmin edilir, beləliklə, gözlənilməz vəziyyətlər zamanı maliyyə yükü aradan qaldırılır.
Fuad Mədətov
Fins.az