SIĞORTA

16 Sentyabr

Azərbaycanda peşə məsuliyyətinin könüllü sığortasına tələb artır

Azərbaycanda peşə məsuliyyətinin könüllü sığortasına maraq bu ilin yanvar-iyul ayları ərzində 49% artıb. Mərkəzi Bankın məlumatlarına görə, bu sığorta növü üzrə yığımlar 1 milyon 552 min manata çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 511 min manat çoxdur.

Fins.az xəbər verir ki, 2023-cü ildə bu göstərici 1 milyon 41 min manat idi. Bu il isə peşə məsuliyyətinə dair sığorta ödənişləri olmayıb. Artım, sahibkarlar və peşəkarların hüquqi və maliyyə məsuliyyətlərinə qarşı daha çox maraq göstərdiklərini göstərir.