2024-cü ilin yanvar-may aylarında Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi 79% olub.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə avtomobillərin icbari sığortası üzrə 65 milyon 316 min manat toplanıb, 51 milyon 619 min manat ödəniş edilib.
Bu növ üzrə zərərlilik ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıqdır.
2023-cü ilin yanvar-may aylarında bu göstərici 62% idi.
Fuad Mədətov
Fins.az