SIĞORTA

30 May

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər artıb

Azərbaycanda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar azalıb, ödənişlər kəskin artıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istiandən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 625 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 55 min manat və ya 8% azdır.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 680 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 84 min manat təşkil edib ki, bu da illik müqayisədə 75 min manat və ya 10 dəfə çoxdur.

Ötən ilin eyni dövründə 8 min manat sığorta ödənişləri edilib.

Fuad Mədətov
Fins.az