SIĞORTA

02 May

“Atəşgah” Sığorta Şirkətinin sığorta ödənişi 6,4 % artıb

2024-cü ilin yanvar-mart aylarında “Atəşgah” Sığorta Şirkəti ASC-nin sığorta ödənişi 4 525 min manat olub.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 275 min manat və ya 6,4 % artıb.

Fuad Mədətov
Fins.az