SIĞORTA

27 Aprel

A-QROUP təqaüdçü həkimləri işlə təmin edir

A-Qroup sığorta şirkəti rəhbərliyin təşəbbüsü ilə təqaüdə çıxmaq üzrə olan və ya artıq təqaüdə çıxmış həkimlər üçün tibbi ekspertlər vəzifəsi kimi iş yerləri yaradır ki dəyərli həkimlərimiz öz resurslarını - təcrübə və biliklərini - gənc nəsillə bölüşə bilsinlər.

Fins.az xəbər verir ki, tibb elə bir sahədir ki, hətta altmış yaşdan sonra həkimlər öz peşələrini davam etməlidirlər. 20-30 illik təcrübə böyük potensial və qiymətli bilikdir.

Bir çox həkimlər üçün, yaşlarına baxmayaraq, işləməyə davam etmək imkanı yalnız həyat məsələsi deyil, həm də daha uzun müddət ictimai aktiv qalmaq imkanıdır.

A-Qroup sığorta şirkətində təcrübəli həkimlər üçün: terapevt, cərrah, ginekoloq, nevroloq, oftalmoloq və əczaçı vakansiyalarla təmin edir. Həmdə məsafədə də işləmək imkanı da yaradır.

İllər boyunca insan sağlamlığının keşiyində duraraq təcrübə yığan yaşlı nəsil mütəxəssislərinin iş keyfiyyəti A-Qrоup sığorta şirkəti tərəfindən yüksək dəyərləndirilir.

A-Qroup Sığorta Şirkəti tibbi sığorta bazarında liderdir və 29 ilə yaxındır ki, müştərilərinin qayğısına qalan və onlara beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı xidmət göstərən şirkət kimi fəaliyyət göstərməkdə davam edir.