SIĞORTA

16 Mart

“Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta ödənişi 15%-ə yaxın azalıb

2024-cü ilin yanvar ayında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin sığorta ödənişi 3 477 min manat olub.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 441 min manat və ya 14,5% azalıb.

Fuad Mədətov
Fins.az