SIĞORTA

13 Mart

İcbari Sığorta Bürosu və sığorta şirkətlərinin daxili audit funksiyalarının rəhbərləri arasında görüş keçirilib

Martın 12-də Azərbaycan Respublikası Mərkəzi Bankının Daxili Audit departamentinin direktoru və İcbari Sığorta Bürosunun audit komitəsinin sədri Elçin Əlizadə ilə yerli sığorta şirkətlərinin daxili audit funksiyalarının rəhbərləri arasında görüş keçirilib.

Fins.az xəbər veri ki, görüşün məqsədi, icbari sığorta sahəsində və sığorta şirkətlərinin ümumi audit proseslərində təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsi olub.

İştirakçılar, icbari sığorta sahəsində risklərin idarə olunması üzrə adekvat prosedurlar və nəzarət mexanizmlərinin vəziyyətinin qiymətləndirilməsi üzrə ortaq hədəflər ətrafında birləşmək məqsədilə açıq və konstruktiv müzakirələr aparıblar.

Əlavə olaraq, görüşdə ən vacib qərarlarından biri, bu cür tədbirlərin mütəmadi olaraq təşkil edilməsi olmuşdur.

İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “İcbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir.

Fuad Mədətov
Fins.az