SIĞORTA

13 Fevral

Əməkdaşlarınızı sığortalamaq icbaridir!

“Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü təqdim edir.

Fins.az xəbər verir ki, “Fərdi qəza” dedikdə şəxs üzərində xarici fiziki təsirlərlə bağlı olan, onun həyat və sağlamlığına ziyan vuran qəfil, öncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) hadisə başa düşülür. Xəstəlik, patalogiya və digər daxili səbəblər fərdi qəzalara aid edilmir.

Bu sığorta Sığorta  olunanın həyat və sağlamlığına aşağıdakı ziyanın dəyməsinə səbəb olan fərdi qəzalara qarşı təminat verir:

* Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
* Ümumi əmək qabiliyyətinin daimi itirilməsi;
* Ölüm.

Ətraflı linkdən izləyə bilərsiniz.