SIĞORTA

05 Fevral

Gürcüstanın sığorta brokeri Azərbaycan bazarına daxil olub

Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "Magnus" sığorta brokerinin yerli törəməsi "Maqnus Sığorta Brokeri" MMC-ni 12 yanvar 2024-cü il tarixində reyestrinə daxil edib.

Bu barədə Mərkəzi Banka istinadən xəbər verilir.

Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarına 5 illik fasilədən sonra xarici broker daxil olub. Sonuncu dəfə 2019-cu ildə Avstriyanın "GrECo JLT Specialty GmbH" şirkəti sığorta broketlərinin reyestrinə daxil edilmişdi.

Yeni şirkətin sığorta bazarına daxil olması ilə AMB-nin reyestrindəki xarici brokerlərin sayı 86-ya çatıb.

Xatırladaq ki, "Maqnus" Gürcüstanda 2016-cı ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir. Şirkət müxtəlif sığorta şirkətlərinin məhsullarını eyni məkanda (sığorta marketi) təqdim edir.

© "Report"