SIĞORTA

24 Yanvar

“Qala Sığorta”nın sığorta ödənişi 60% artıb

2023-cü ilin yanvar-dekabr aylarında “Qala Sığorta” ASC-nin sığorta ödənişi 9,620 milyon manat olub.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,597 milyon manat və ya 59,7% artıb.

Fuad Mədətov
Fins.az