SIĞORTA

19 Dekabr

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin yığımları artıb

Bu ilin yanvar-oktyabr aylarında “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 14,8 milyon manat sığorta haqqı toplayıb.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 86,2% çoxdur.

Son 1 ildə şirkətin sığorta ödənişi isə 22,1% artaraq 1,4 milyon manat olub.

Fuad Mədətov
Fins.az