SIĞORTA

07 Dekabr

Azərbaycan Boks Federasiyası və PAŞA Həyat tərəfdaşlıq müqaviləsi imzalayıb

Ölkəmizdə idmanın inkişafına daim dəstək verən ölkənin lider həyat sığortası şirkəti PAŞA Həyat Azərbaycan Boks Federasiyası ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Fins.az xəbər verir ki, Azərbaycan Boks Federasiyası və “PAŞA Həyat Sığorta” ASC arasındakı əməkdaşlığın əsas məqsədlərindən biri Azərbaycan Respublikasında idman sahəsinin inkişafına dəstək göstərmək, boksa olan marağın artırılmasına töhfə verməkdən ibarətdir. Qeyd edək ki, Federasiya 1924-cü ildə yaradılıb. 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olub.

“PAŞA Həyat” şirkəti bu tərəfaşlıqla qürur duyduğunu, sosial məsuliyyəti çərçivəsində Azərbaycan adını zirvələrə qaldırmaq uğrunda çalışanlara dəstəyini davam edəcəyini bildirir. Şirkət həmçinin digər idman növləri üzrə qurumlarla da tərəfdaş qismində çıxış edir.

Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.