Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə 42,5 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,5% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 17,9% artaraq 16,5 milyon manat olub.
Fuad Mədətov
Fins.az