SIĞORTA

07 Dekabr

PAŞA Sığorta kiçik və orta biznes sahiblərinə sağlamlıq sığortası üçün özəl fürsət təklif edir!

Hər zaman korporativ müştərilərinə xüsusi diqqət ilə yanaşan PAŞA Sığorta bu dəfə yeni müştərilər üçün xüsusi endirim kampaniyası fürsəti təqdim edir.

Fins.az xəbər verir ki, 05.12.2023-29.12.2023 tarixləri arasında davam edəcək kampaniya çərçivəsində “Alternativ” korporativ sağlamlıq sığortası məhsulunu əldə edən yeni müştərilər 10% xüsusi endirim qazanacaq. Qeyd edək ki, “Alternativ” korporativ sağlamlıq sığortası 50 nəfərə qədər əməkdaşın fəaliyyət göstərdiyi şirkətlər üçün təklif edilir.

“Alternativ” korporativ sağlamlıq sığortasına 10% endirimi əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün [email protected] mail ünvanına müraciət edə yaxud *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/), Instagram (//www.instagram.com/pasha_insurance/) və ya LinkedIn (//www.linkedin.com/company/pasha-insurance-ojsc/) sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 00-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta və yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.