SIĞORTA

06 Dekabr

Azərbaycanda əmlakın yanğından sığortası bazarı böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlakın yanğından sığortası üzrə 63,6 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 23,9 dəfə artaraq 30,3 milyon manat olub.

Fuad Mədətov
Fins.az