SIĞORTA

06 Dekabr

Azərbaycanda fərdi qəza və xəstəlik sığortası bazarı böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fərdi qəza və xəstəlik sığortası üzrə 4,25 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 23,9% azalaraq 0,15 milyon manat olub.

Fuad Mədətov
Fins.az