Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tibbi sığorta üzrə 103,3 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 3,2% artaraq 63,7 milyon manat olub.
Fuad Mədətov
Fins.az