SIĞORTA

30 Noyabr

Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 6-nın isə yığımları azalıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Azərsığorta" ASC-dir. Bu şirkət 10 ay ərzində 28,861 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 2,316 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,7% çoxdur.

Yığımları azalan şirkətlər arasında “Xalq Sığorta” ASC-dir və bu şirkətin daxilolmaları 45,4% azalaraq 18,688 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “A-Qrup Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 8,2% azalaraq 13,337 milyon manata düşüb.

Fuad Mədətov
Fins.az