SIĞORTA

27 Noyabr

Azərbaycanda həyat və qeyri-həyat sığortası artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 525,588 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 28,3% çoxdur.

Ötən 10 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 494,156 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,3% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 25,8% artaraq 254,748 milyon manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 27,7% artaraq 200,264 milyon manata çatıb.

Fuad Mədətov
Fins.az