SIĞORTA

23 Noyabr

Azərbaycanda icbari sığorta bazarı böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta bazarı üzrə 270,854 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% çoxdur.   

İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 13% artaraq 90,472 milyon manata çatıb.

Fuad Mədətov
Fins.az