Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda digər icbari sığorta bazarı üzrə 25 min manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% çoxdur.
Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 56,7% azalaraq 0,3 milyon manat olub.
Fuad Mədətov
Fins.az