SIĞORTA

21 Noyabr

PAŞA Sığortadan region qeydiyyatında olan avtomobillərə özəl "Region tarifi" kampaniyası!

31 dekabr tarixinədək davam edəcək "Region tarifi" kampaniyası çərçivəsində avtomobili üçün Tam KASKO almaq istəyən, sığorta haqqı 400 AZN və daha yüksək məbləğli, fərdi müştərilərə xüsusi endirimli tarif və 10 aya qədər hissəvi ödəniş imkanı veriləcək. 

Fins.az xəbər verir ki, kampaniya yalnız şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat və iş yeri ünvanı Bakı, Sumqayıt və Abşeron istisna olmaqla digər regionlar olan və  yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən müştərilər üçün keçərlidir.

Region tarifi kampaniyasından yararlanmaq, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya cutt.ly/ewUaKOoA  keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram ( PAŞA Sığorta (@pasha_insurance) | Instagram ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.