SIĞORTA

17 Noyabr

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta bazarı böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 60,65 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% çoxdur.  

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 9,4% azalaraq 2,4 milyon manat olub.

Fuad Mədətov
Fins.az