Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kreditlərin sığortası üzrə 2,4 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən 9 ayda bu sığorta növü üzrə sığorta ödənişi isə cəmi 900 manat təşkil edib (1 il bundan əvvəl sığorta ödənişi olmayıb).
Fuad Mədətov
Fins.az