SIĞORTA

07 Noyabr

LPO “Muğanbank” ASC də qorunan əmanətlər üzrə kompensasiyalarin ödənişlərinə başlanılacaq

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğanbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilmişdir.

Fins.az xəbər verir ki, kompensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.  Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcəkdir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

www.adif.gov.az

Günel Məlikzadə
Fins.az