SIĞORTA

04 Noyabr

Azərbaycanda yük sığortası bazarı böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yük sığortası üzrə 4,55 milyon manat sığorta haqqı toplanılıb. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% çoxdur. 

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 3 dəfə artaraq 0,1 milyon manat olub.

Fuad Mədətov
Fins.az